Conson razılaşma əldə edə bilməsə, “Brexit”in uzadılması üçün Aİ-yə məktub yazacaq

Conson razılaşma əldə edə bilməsə, “Brexit”in uzadılması üçün Aİ-yə məktub yazacaq
# 16 oktyabr 2019 14:44 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson şənbə gününə qədər parlament tərəfindən Avropa İttifaqından (Aİ) çıxmaqla bağlı təsdiqlənmiş razılaşma əldə edə bilməsə, “Brexit” üçün nəzərdə tutulan müddətin oktyabr 31-dən sonraya uzadılması üçün Aİ-yə məktub yazacaq.

APA-nın London bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın “Brexit” üzrə naziri Stiven Barkli bildirib.

Nazir B. Consonun razılaşma olmadan “Brexit”in qarşısını almaq üçün müxalif parlamentarilər tərəfindən qəbul edilən qanuna əməl edəcəyini deyib.

Bu qanuna əsasən, parlamentarilər “Brexit” üzrə razılaşmaya gələ bilməsələr, ya da 19 oktyabr tarixinə qədər Aİ-dən müqaviləsiz ayrılmağa razılıq versələr, B. Conson Aİ-dən 31 yanvar 2020 tarixinə qədər üç aylıq uzatma müddəti istəməlidir.

Qeyd edək ki, B. Conson davamlı olaraq Böyük Britaniyanı razılaşma olmadan, ya da razılaşma yolu ilə 31 oktyabrda Aİ-dən çıxarmağa söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR