Əlcəzair əsilli futbol həvəskarları Parisdə mağazaları qarət ediblər

Əlcəzair əsilli futbol həvəskarları Parisdə mağazaları qarət ediblər
  • Clock-gray 05:15
  • calendar-gray 12 İyul 2019

Futbol üzrə Afrika xalqları Kubokunun yarımfinalında öz milli komandalarının oyununu bayram edən Əlcəzair əsilli sakinlər Parisin mərkəzində iki mağazanı qarət ediblər.

APA xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Yelisey Meydanı yaxınlığında minlərlə azarkeş kütləsi toplaşıb. Bundan sonra onlar Fransa paytaxtının mərkəzi küçələrinə doğru hərəkət ediblər. Toplaşan kütlə arasında ictimai asayişi pozanlar da olub ki, nəticədə bəzi obyektlər, mağazalar ziyan görüb.

Bildirilir ki, iğtişaşçılar mağazaların birindən motosikletləri oğurlamağa cəhd ediblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date