ETNOSPOR 2019-da ən çox Qarabağ atları rəğbət qazanıb

ETNOSPOR 2019-da ən çox Qarabağ atları rəğbət qazanıb
# 07 oktyabr 2019 00:03 (UTC +04:00)

3-6 oktyabr tarixlərində İstanbulun Atatürk Hava limanında Dünya Etnospor Konfederasiyası (DEK) tərəfindən keçirilən Etnospor Mədəniyyət Festivalı bu gün başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycan, Albaiya, Əfqanıstan, Fələstin, Gürcüstan, Kosovo, Moldova, Monqolustan, Özbəkistan, Pakistan, Seneqal, Sudan, Tanzaniya, Tunis, Ukrayna və Yəmənin ənənəvi idman növləri, çeşidli yeməkləri, rəqsləri, həmçinin oyunları yer alıb.

Azərbaycanın Qarabağ atları ilə atüstü idman oyunları tədbirdə xüsusilə rəğbətlə qarşılanıb.

Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvələri – Bilal Ərdoğanın oğlu Ömər Tayyib Ərdoğanın, Xəzinə və maliyyə naziri Berat Albayrağın oğlu Əhməd Akif Albayrağın oxatma yarışlarında iştirakı da diqqət çəkib.

DEK rəhbəri Bilal Ərdoğan deyib ki, artıq 4-cü dəfədir keçirilən bu festivalı təşkil etməkdə əsas məqsəd türkdilli xalqlar da daxil olmaqla, dünyada unudulmaqda olan dəyərli ənənələri yaşatmaq və gələcəyə daşımaqdır.

Tədbirə Türkiyənin təhsil, nəqliyyat, mədəniyyət nazirləri ilə yanaşı, futbol ulduzları və digər tanınmış simalar da qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR