“Formula 1” üzrə Rusiya Qran-prisinin qalibi məlum olub

“Formula 1” üzrə Rusiya Qran-prisinin qalibi məlum olub
# 29 sentyabr 2019 17:51 (UTC +04:00)

“Mercedes” komandasının britaniyalı pilotu Lüis Hamilton “Formula 1” üzrə Rusiya Qran-prisində qalib gəlib.

APA-nın "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, ikinci yerin sahibi L. Hamiltonun komanda yoldaşı Valtteri Bottas, üçüncü yerin sahibi isə "Ferrari"nin pilotu Şarl Lekler olub.

Qeyd edək ki, Soçidə “Formula 1” 6-cı dəfədir ki, keçirilir. “Formula 1” üzrə beşqat çempion olan L. Hamilton bununla 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub. Pilot bundan əvvəl 2014, 2015 və 2018-ci illərdə Soçi yarışmasını ilk sırada tamamlayıb.

“Formula 1”in növbəti mərhələsi 11-13 oktyabr tarixlərində Yaponiyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR