Fransada məscidin qarşısında silahlı insident olub, yaralılar var

Fransada məscidin qarşısında silahlı insident olub, yaralılar var
# 28 iyun 2019 05:32 (UTC +04:00)

Fransanın Brest şəhərində silahlı insident törədən şəxs sonradan intihar edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “France Info” radiostansiyası polisə istinadla məlumat yayıb.

Bildirilir ki, iyunun 27-də yerli vaxtla saat 16:30-da naməlum şəxs Pontanezen məhəlləsində məscidin qarşısında atəş açıb, daha sonra qaçaraq gizlənib. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. “BFM” telekanalın məlumatına görə, yaralılardan biri məscidin imamıdır.

Bir neçə saatlıq axtarışlardan sonra həmin cinayətkarın meyiti tapılıb. Onun şəxsiyyəti müəyyən edilib, hazırda hadisənin motivi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR