Fransanın cənubunda 2700 turist meşə yanğınlarına görə təxliyyə olunub

Fransanın cənubunda 2700 turist meşə yanğınlarına görə təxliyyə olunub
# 16 iyul 2019 06:39 (UTC +04:00)

Fransanın cənubunda Şərqi Pireney departamentindəki düşərgələrdən təxminən 2700 turist güclü meşə yanğınları səbəbindən təxliyyə olunub.

APA xəbər verir ki, bu barədə “BFM” telekanalı yanğından mühafizə xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, yanğın yerli vaxtla təxminən 14:00-da Arjelos-sür-Mer kommunasında başlayıb. Gücü saniyədə 19 metrə çatan külək isə yanğının miqyasını genişləndirib. Hazırda yanğının sahil istiqamətində irəlilədiyi bildirilir.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən, xilasedici və iki “Canadair” təyyarəsi cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR