Gürcüstan "Kartli" KES-i satışa çıxarıb

Gürcüstan "Kartli" KES-i satışa çıxarıb
# 18 iyul 2019 15:18 (UTC +04:00)

Gürcüstan hökuməti "Kartli" Külək Elektrik Stansiyasının (KES) səhmlərinin 100%-ni satışa çıxarıb.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı müvafiq fərmanı Gürcüstanın Baş naziri Mamuka Baxtadze imzalayıb. Fərmanda İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin hərrac vasitəsi ilə "Kartli" KES-i satışa çıxarması əmr edilib.

Qeyd edək ki, "Kartli" KES Gürcüstan İqtisadiyyat Nazirliyinin Gürcüstan Enerji İnkişaf Fondu və Neft Qaz Korporasiyası ilə əməkdaşlığı çərçivəsində inşa edilib. Layihənin həyata keçirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 24 mln. ABŞ dolları ayrılıb. 20,7 MVt gücündə olan stansiya 2017-ci il yanvarın 27-də ixtisaslaşmış müəssisə kimi qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR