Gürcüstan və Almaniya prezidentləri görüşüb

Gürcüstan və Almaniya prezidentləri görüşüb
# 07 oktyabr 2019 09:49 (UTC +04:00)

Almaniya Prezidenti Frank-Volter Ştaynmayerin Gürcüstana rəsmi səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində Almaniya Prezidentinin ilk görüşü Gürcüstanlı həmkarı Salome Zurabişvili ilə olub. Prezidentlərin təkbətək görüşündən sonra geniş tərkibdə görüş olacaq.

Qeyd edək ki, ötən gün həyat yoldaşı Elke Baudenbender ilə Gürcüstana rəsmi səfərə gələn Almaniya Prezidenti Frank-Volter Ştaynmayerin gün ərzində Gürcüstanın Baş naziri Giorgi Qaxaria, parlament sədri Arçil Talakvadze və Patriarx II İlia ilə görüşü planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR