Gürcüstana gedən azərbaycanlı turistlərin sayı artıb

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı artıb
  • Clock-gray 20:09
  • calendar-gray 02 İyul 2019

2019-cu ilin ilk altı ayı ərzində Gürcüstanı 2 milyon 127 min 142 turist ziyarət edib.

 APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu əvvəlki ilin hesabat dövrü ilə müqaisdə 193 min 368 nəfər çoxdur.  Cari ilin yanvar-iyun ayları ərzində beynəlxalq səyahətlər isə 3 milyon 862 min 444 nəfər təşkil edib. Bu 2018-ci illə müqaisədə 8.4% çoxdur. 

2019-cu ilin iyunun ayında bu ölkəyə turist səyahətlərinin həcmi 18%  və ya 71,990 nəfər artaraq 471 min 979 nəfər təşkil edib. 

İyunda beynəlxalq səfərlərin sayı isə  20.2% artaraq 873 min 966 nəfər təşkil edib. 

Qurumun hesabatında qeyd olunub ki, bu ölkəyə gedən turistlərin sayında Avropa ölkələri Avstrtiyadan 71%, Almaniyadan 67.7%, Böyük Britaniyadan 34.9%, Latviadan 30.2% və Hollandiya 25.7%  artım olub. 

Gürcüstana Səudiyyə Ərəbistanından gələn turistlərin sayında isə 127% artım qeydə alınıb. 

Gürcüstana edilən beynəlxalq səyahətlərin daha çox Rusiya, Türkiyə və Azərbaycanın payına düdüyü bildirilib. Hər üç ölkə üzrə səyahətlərin sayında cari ilin ilk altı ayı üzrə müvafiq olaraq 30.8%, 45.8%, 8.8% artım qeydə alınıb. 

Qurumun hesabatında qeyd edilib ki, 2019-cu ilin May ayı ərzində Gürcüstan beynəlxalq səyahətlərdən 281 milyon dollar gəlir əldə edib. Bu əvvəlki ilin analoji dövrü ilə müqaisədə 14.2% və ya 35 milyon dollar çox olub.

Cari ilin ilk rübündə beynəlxalq səyahətlərdənisə Gürcüstan  5% və ya 28 milyon dollar artımla 578 milyon ABŞ dolları əldə edib. 

2019-cu ilin birinci rübündə turizm gəlirləri Gürcüstanın ümumdaxili məhsulunun (ÜDM) 7.1%-ni təşkil edib. Bu əvvəlki illə müqaisədə 14.9% artım deməkdir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date