Gürcüstanda çay daşıb, 400 ailənin yaşadığı kəndlə əlaqə kəsilib

Gürcüstanda çay daşıb, 400 ailənin yaşadığı kəndlə əlaqə kəsilib
# 08 iyun 2019 14:08 (UTC +04:00)

Gürcüstanın Xaragauli rayonunda Lvenvela çayının daşması nəticəsində Leğvani kəndi ilə əlaqə kəsilib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində kəndə aparan yol dağılıb, körpü uçub.

Nəticədə 400 ailənin yaşadığı kəndlə əlaqə tam kəsilib. Kənd sakinlərinin kəndi tərk edə bilmədikləri qeyd olunub. Hadisə baş verəndən çayın suyunun səviyyəsi enməyib. Daşqın Didvakke kəndinə aparan yolu da zədələyib. Hadisə nəticəsində əkin sahələri, heyvandarlıq və quşçuluq təsərrüfatları zərər görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR