Gürcüstanda güclü külək fəsadlar törədib

Gürcüstanda güclü külək fəsadlar törədib
# 20 iyun 2019 23:17 (UTC +04:00)

Gürcüstanın Zuqdidi rayonunda güclü külək bir sıra fəsadlara səbəb olub.


APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində qırılan ağaclar rayonun Jvari istiqamətində əsas avtomagistralda maşınların hərəkətini məhdudlaşdırıb.


Külək rayonun elektrik təchizatında da problemlər yaradıb. Aidiyyəti qurumlar enerji verilişinin bərpası üçün iş aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR