Gürcüstandan 8 Azərbaycan vətəndaşı deportasiya edilib 

Gürcüstandan 8 Azərbaycan vətəndaşı deportasiya edilib 
# 09 avqust 2019 16:10 (UTC +04:00)

Yanvar-iyun ayları ərzində Gürcüstandan 8 Azərbaycan vətəndaşı deportasiya edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə Gürcüstandan ümumilikdə 41 xarici ölkə vətəndaşı deportasiya olunub. Bunlar Azərbaycanla yanaşı, İran (6), Misir (5), Türkiyə (4), Anqola (2), Hindistan (2), İraq (2), Nigeriya (2), Kanada (1), Keniya (1), Özbəkistan (1), Ukrayna (1), Banqladeş (1), Konqo (1), Mərakeş (1), Nepal (1), Pakistan (1) və Haiti (1) vətəndaşlarıdır.

Məlumatda bildirilib ki, ölkədən çıxarılan əcnəbilərin əksəriyyəti 26-40 yaş arası kişilərdir.

2018-ci ildə isə 77 əcnəbi Gürcüstandan deportasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR