Gürcüstanda hakim partiyada siyasi şuranın iclası keçirilir

Gürcüstanda hakim partiyada siyasi şuranın iclası keçirilir
# 21 iyun 2019 13:09 (UTC +04:00)

Gürcüstanda hakim “Gürcü arzusu” Partiyasında siyasi şuranın iclası keçirilir.

APA “İPN”yə istinadən xəbər verir ki, iclasa partiyanın lideri Bidzina İvanişvili sədrlik edir.

Gürcüstanın baş nazir Mamuka Baxtadze və parlament sədri İrakli Kobaxidze də iclasda iştirak edir.

Qeyd edək ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Bununla əlaqədar ötən gün etirazçılar Gürcüstan parlamentinin önünə toplaşaraq ölkənin daxili işlər naziri Giorgi Qaxaria və parlament sədri İrakli Kobaxidzenin istefasını tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR