İbrahim Qalın: “Əsəd rejimi ilə görüşümüz nəzərdə tutulmur”

İbrahim Qalın: “Əsəd rejimi ilə görüşümüz nəzərdə tutulmur”
# 16 oktyabr 2019 22:32 (UTC +04:00)

“Əsəd rejimi ilə rəsmi olaraq görüşümüz yoxdur, olacağı da gözlənmir. Ehtiyac yarandıqda, xüsusən də hərbçilərimizin təhlükəsizliyinə dair bir problem ortaya çıxdıqda, Rusiya və ya İran üzərindən mesajlar göndərilir”

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözcüsü İbrahim Qalın jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Türkiyənin məqsədi Astana və Cenevrə razılaşmalarına uyğun olaraq Suriyada müvəqqəti hökumətin qurulması və bundan sonra Suriya xalqının öz iradəsinə uyğun olaraq seçdiyi dövlət başçısı ilə əməkdaşlıq etməkdir.

İ. Qalın deyib ki, Rusiya ilə Türkiyənin Suriya mövzusunda təmasları davam edir: “Hazırda rejimlə anlaşan PYD Rusyanı öz tərəflərinə çəkərək yeni oyunların ardınca düşüb. Amma Ruisya bizim bu mövzuda nə qədər ciddi olduğumuzu bilir. Dünən axşam da Putinlə Ərdoğanın danışığı olub, önümüzdəki günlərdə bu mövzuda ətraflı müzakirələr aparılacaq. Biz bu mövzuda Rusiya, İran, ABŞ və Avropa ölkələrinə qərarımızı bildirmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR