İspaniyada güclü yağışlar səbəbindən 4 nəfər ölüb

İspaniyada güclü yağışlar səbəbindən 4 nəfər ölüb
  • Clock-gray 18:13
  • calendar-gray 13 Sentyabr 2019

İspaniyada güclü yağışlar 4 nəfərin həyatına son qoyub.

APA-nın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, güclü yağışlar səbəbindən Əndəlüs, Almeriya və Kastiliya-La-Manç vilayətlərində ümumilikdə 4 nəfər həyatını itirib.

İspaniya Dövlət Meteorologiya Agentliyi bir neçə vilayətdə güclü yağış və külək səbəbi ilə xəbərdarlıq edib, bəzi yaşayış məntəqələrində ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub.

Güclü leysan yağışları yolların bağlanmasına, dəmir yolu nəqliyyatının fəaliyyətinin qismən məhdudlaşmasına səbəb olub.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date