İstanbulda 40 nəfərdən çox insan mövlud plovundan zəhərlənib

İstanbulda 40 nəfərdən çox insan mövlud plovundan zəhərlənib
  • Clock-gray 02:33
  • calendar-gray 10 Noyabr 2019

İstanbulun Sultanqazi rayonunda 40 nəfərdən çox insan zəhərlənmə şikayətilə xəstəxanaya müraciət edib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Cebeci məhəlləsində axşam saatlarında mövlud mərasiminə qatılan qonaqlara toyuqlu plov süfrəsi açılıb. 

Dini mərasimdən az sonra əksəriyyəti qadın olan qonaqlar ürəkbulanma, qusma və mədə sancılarından şikayətlənərək xəstəxanaya çatdırılıb. 

Zəhərlənmənin səbəbinin plov olduğu ehtimal edilir.
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date