İstanbulda yol qəzasında 10 nəfər yaralanıb

İstanbulda yol qəzasında 10 nəfər yaralanıb
# 26 iyun 2019 23:54 (UTC +04:00)


İstanbulun Tuzla rayonunun Yayla məhəlləsində yerli vaxtla saat 17.00 radələrində yük maşını yol ayrıcında xalq avtobusuna çırpılıb və avtobusu yol boyu bir qədər sürüyüb.

APA-nın yerli bürosunun məlumatına görə, zərbənin təsirindən yoldan çıxan avtobus dayanacaqda duran başqa bir avtobusa çırpılıb və zəncirvari qəza meydana gəlib.

Faciəli qəzada 10 nəfər yaralanıb. Faktla bağlı araşdırmaya başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR