Makron: “Rusiyanın AŞPA-ya qayıtması ikili standart deyil"

Makron: “Rusiyanın AŞPA-ya qayıtması ikili standart deyil"
# 01 oktyabr 2019 14:55 (UTC +04:00)

“Rusiyanın AŞPA-ya qayıtması ikili standart demək deyil. Rusiyanın yenidən geri gəlməsi o deməkdir ki, rus xalqının hüquqlarına hörmət edilir və onlar bu hüquqdan məhrum deyillər”.

APA-nın Avropa müxbirinin xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron AŞPA-nın payız sessiyasında çıxışı zamanı deyib.

“Bu qərar ikili standart, ya da hər hansı bir jest demək deyil. Rusiya nümayəndə heyəti geri dönməsəydi, Rusiya tez, ya da gec bizdən uzaqlaşacaqdı. Bu bizim əslində qərarlılığımızı göstərir. Biz birgə olmalıyıq və Rusiya kimi bütün üzv ölkələrin də Avropa Şurası qarşısında öhdəlikləri var. Rusiyanın yenidən geri gəlməsi o deməkdir ki, rus xalqı Avropa İnsan Haqları Məhkəməsində özünü müdafiə etmək hüququna sahibdir. Mən Rusiyanı Avropa Şurasında saxlamaq qərarını tamamilə dəstəkləyirəm”, - deyə E. Makron qeyd edib.

Qeyd edək ki, bu il Rusiya 5 illik fasilədən sonra AŞPA-ya geri qəbul edilib.

Rusiyanın 2014-cü ildə Krımı ilhaqından sonra AŞPA-dakı Rusiya nümayəndə heyətinin səsvermə hüququ əlindən alınıb. Rusiya buna etiraz olaraq, 2016-cı ildən nümayəndə heyətini AŞPA-ya göndərməmək barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR