Moskvada keçirilmiş etiraz aksiyaları ilə bağlı məsələ AŞPA sessiyasının gündəliyinə salınıb

Moskvada keçirilmiş etiraz aksiyaları ilə bağlı məsələ AŞPA sessiyasının gündəliyinə salınıb
# 30 sentyabr 2019 14:51 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün başlayan payız sessiyasında bu ilin iyul və avqust aylarında Moskvada keçirilmiş etiraz mitinqləri ilə bağlı debat sessiyanın gündəliyinə salınıb.

APA-nın Avropa müxbiri xəbər verir ki, debatın gündəliyə daxil edilməsinin lehinə 77 deputat, əleyhinə 33 deputat səs verib, 12 parlamentari bitərəf qalıb.

Debat oktyabrın 3-də keçiriləcək iclasın gündəliyinə salınıb.

Qeyd edək ki, Moskvadakı etiraz aksiyaları ilə bağlı məsələnin sessiyanın gündəliyinə salınmasını AŞPA Bürosu tövsiyə edib.

Moskva Şəhər Dumasına seçkilər zamanı namizədlərə dəstək aksiyası iyulun 20-si, 27-si, avqustun 3-ü və 10-da keçirilib. İyulun 27-də və avqustun 3-də keçirilmiş aksiyalar razılaşdırılmayıb.

İyulun 27-də Moskvanın mərkəzində keçirilmiş razılaşdırılmamış mitinqdə 1000-dək aksiyaçı saxlanılıb. Avqustun 3-də isə Polis və Rusiya Qvardiyasının əsgərləri razılaşdırılmamış aksiyanın 600-dək iştirakçısını saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR