NATO Gürcüstanda çoxmillətli təlim keçirəcək

NATO Gürcüstanda çoxmillətli təlim keçirəcək
  • Clock-gray 13:30
  • calendar-gray 20 İyul 2019

İyulun 27-də Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbçilərin iştirakı ilə "Çevik Ruh 2019" beynəlxalq hərbi təlimlərinə start veriləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan Müdafiə Nazirliyinin internet saytında yerləşdirilib. Qeyd olunub ki, bu ilki təlimlərin məqsədi iştirakçı  ölkələr arasında hərbi əməkdaşlığı gücləndirmək, çoxmillətli şəraitdə planlama və icra etmə zamanı əməliyyat imkanlarını artırmaq, müttəfiq ölkələrlə idarəetmə vasitələrini inkişaf etdirmək, Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir.

Bu ilki təlimlər Senaki 2-ci piyada Briqadası, Orfolo və Vaziani hərbi bazaları olmaqla üç müxtəlif ərazidə keçiriləcək. Hərbi təlimlərdə NATO üzvü və tərəfdaşı ölkələr - ABŞ, Birləşmiş Krallıq, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna və Gürcüstan 3000 həbri qulluqçu iştirak edəcək.

Beynəlxalq hərbi təlimin ssenarisində əsasən, komanda, kadr hazırlığı və sahə təhsili, birgə əməliyyatlarda döyüş və dəstək elementləri yer alıb. Hərbi təlim avqustun 9-da başa çatacaq.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date