Quterreş Səudiyyə Ərəbistanına məxsus neft emalı zavodlarına hücumu pisləyib

Quterreş Səudiyyə Ərəbistanına məxsus neft emalı zavodlarına hücumu pisləyib
# 16 sentyabr 2019 01:43 (UTC +04:00)

BMT-nin baş katibi Antoniu Quterreş Səudiyyə Ərəbistanında böyük neft şirkətinə məxsus neft emalı zavodlarına pilotsuz uçan aparatlarla edilmiş hücumlara münasibət bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı açıqlamada deyilir.

Bildirilir ki, baş katib Səudiyyə Ərəbistanının neft infrastrukturuna edilən hücumu pisləyib. Onun fikrincə, husilər baş verənlərə görə məsuliyyət daşımalıdırlar.

Düjarrikin sözlərinə görə, BMT baş katibi bütün tərəfləri təmkinli olmağa, artan gərginlik fonunda hər hansı bir eskalasiyanın qarşısını almağa və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR