Ərdoğan Avropa Komissiyasının prezidentilə regional məsələləri müzakirə edib

Ərdoğan Avropa Komissiyasının prezidentilə regional məsələləri müzakirə edib
# 09 yanvar 2021 22:01 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti Ursula fon der Leyenlə videokonfrans vasitəsilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Aİ əlaqələrinin inkişafı istiqamətində müzakirələr edilib və miqrantlar, regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

R.T.Ərdoğan Türkiyə-Aİ-nin yüksək səviyyəli toplantılarının yenidən bərpa olunmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR