Ərdoğan: “Azərbaycan dillərə dastan olan zəfərə imza atdı”

Ərdoğan: “Azərbaycan dillərə dastan olan zəfərə imza atdı”
  • Clock-gray 12:15
  • calendar-gray 31 Dekabr 2020

“Türkiyə Silahlı Qüvvələrinin, Azərbaycan Ordusunun dəyərli qəhrəmanları hər birinizi səmimiyyətlə salamlayıram”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda  olan Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçilərinə telefon vasitəsilə mesaj ünvanlayarkən bildirib.

Azərbaycan xalqına da müraciət edən R.T.Ərdoğan deyib ki, Prezidenti Cənab İlham Əliyevin liderliyilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atıb: “Bu zəfər Azərbaycanlı qardaşlarımızı qədər bizləri də məmnun edib”.

Türkiyə Prezidenti Azadlıq Meydanında 10 dekabrda təşkil edilən qələbə paradında  Azərbaycan xalqının qüruruna ortaq olduqlarını xatırladıb: “102 il öncə Azərbaycan xalqı Qafqaz İslam Ordusunu necə dualarla və sevinclə qarşılayıbsa, 10 dekabrda da Türkiyə Silahlı Qüvvələrini eyni sevinclə qarşıladı. Yaxın tarixdə olan birlik və bərabərliyimiz 44 günlük müddətdə Türkiyə və Azərbaycanın "iki dövlət, bir millət” anlayışı ilə biri-birinə nə qədər bağlı olduğunu bir daha təsdiqlədi”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə hərbçilərinin Azərbaycanda mövcudluğu hərbi zəfərindən qürur duyan Azərbaycanın bundan sonrakı mübarizəsinə də həm savaş meydanında, həm də bütün beynəlxalq platformada dəstək vermək deməkdir: “ Keçmişi şan və şərəflə dolu olan Türk ordusu, əsrlər boyu olduğu kimi yenə də şərəflə öz mübarizəsinə davam edəcəkdir. Türk əsgəri “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetiəcəkdir.

Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə Azərbaycanda da uğurlar arzulayıram”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər