Ukraynada “Ştaynmayer formulu”na etirazlar Almaniya Prezidentini təəccübləndirib

Ukraynada “Ştaynmayer formulu”na etirazlar Almaniya Prezidentini təəccübləndirib
# 08 oktyabr 2019 11:35 (UTC +04:00)

Ukraynalıların “Ştaynmayer formulu”na qarşı etiraz aksiyaları Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin təəccübünə səbəb olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Almaniya Prezidenti “Ştaynmayer formulu”nun Rusiyanın təsiri altında yaradılması barədə iddiaları təkzib edib.

“Ukraynada yaşanan mübahisələr məni bir qədər təəccübləndirib, çünki bu formulla bağlı danışıqlarda o zaman Ukraynaya rəhbərlik etmiş Petro Poroşenko da iştirakçılardan biri olub”, - deyə Ştaynmayer vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə Frank-Valter Ştaynmayer Almaniyanın Xarici İşlər naziri olarkən Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbass regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynada “Ştaynmayer formulu”na qarşı etiraz aksiyaları keçirilib. Sabiq prezident Poroşenko bildirib ki, yeni hökumət Rusiyanın təzyiqi altında buna razılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR