Tbilisidə "Rustavi-2" telekanalının qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə "Rustavi-2" telekanalının qarşısında etiraz aksiyası keçirilir
# 08 iyul 2019 21:34 (UTC +04:00)

Tbilisidə "Rustavi-2" telekanalının binasının qarşısında etiraz aksiyası keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçılar kanalın aparıcısı Giorgi Qabunianın birdəfəlik işdən uzaqlaşdırılmasını və kanalın rəhbərliyinin dəyişdirilməsini tələb edirlər.

Etirazçılar kanalın fəaliyyəti ilə Gürcüstanda stabilliyin pozulmasına xidmət etdiyini bildiriblər.

Qeyd edək ki, Giorgi Qabunia ötən gün aparıcısı olduğu "Postskriptum" proqramında Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Məsələ ilə əlaqədar kanalın özünütənzimləmə orqanı G.Qabunianın efirdən 2 ay müddətinə uzaqlaşdırılması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR