Tereza Mey bu gün rəsmən Mühafizəkarlar Partiyasının sədrliyindən gedir

Tereza Mey bu gün rəsmən Mühafizəkarlar Partiyasının sədrliyindən gedir
# 07 iyun 2019 14:37 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün rəsmi olaraq Mühafizəkarlar Partiyasının sədrliyindən gedir.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, baş nazir Tereza Mey mayın 24-də "Brexit”i icra edə bilmədiyi üçün istefa verib. O, yeni sədr seçilənə qədər baş nazir postunda qalacaq.

Yeni liderin seçimi isə 6 həftəyə qədər çəkəcək. Hazırda Mühafizəkarlar Partiyasının sədrliyi üçün 11 namizəd var. Namizədlik üçün son müraciət tarixi iyunun 10-dur. İyunun 18, 19 və 20-də gizli səsvermə keçiriləcək. Yeni partiya sədrinin adının təxminən iyulun 22-də açıqlanması gözlənilir. Seçilən şəxs həm də Britaniyanın baş naziri postuna yiyələnəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR