Türkiyə prezidentinin sözçüsü Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi ilə görüşüb

Türkiyə prezidentinin sözçüsü Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi ilə görüşüb
# 17 oktyabr 2019 20:12 (UTC +04:00)

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyevi qəbul edib.

APA-nın yerli bürosunun Türkiyə prezidentinin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, İbrahim Qalın Rusiya nümayəndə heyətil iə görüşdə “Barış bulağı” əməliyyatını, İdlib və Menbiç strateji mövzularını müzakirə edib. PYD/PKK/YPG və İŞİD daxil, bütün terror təşkilatlarının Suriyanın ərazi bütövlüyü üçün yaratdığı təhlükə və Suriya məsələsində Türkiyə-Rusiya əməkdaşlığının davam etməsindən bəhs olunub.

Görüşdə, həmçinin Suriya konstitusiyasına dair yeni proseslər də analiz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR