Türkiyə XİN Livanın Ankaradakı səfirinə xəbərdarlıq edib

Türkiyə XİN Livanın Ankaradakı səfirinə xəbərdarlıq edib
# 06 sentyabr 2019 00:20 (UTC +04:00)

Livanın Ankaradakı səfiri Qassan Müəllim Beyrutdakı Türkiyə Səfirliyində törədilən təxribat səbəbilə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən bu barədə məlumat verilib.

Livan prezidenti Mişel Avnın “Osmanlı dövləti livanlılara dövlət terroru tətbiq etdi” iftirasından sonra bu gün səhər saat 06.00 radələrində 8-10 nəfərdən ibarət olan bir qrup polislərin müdaxiləsinə baxmayaraq, Türkiyənin Beyrutdakı səfirliyinin qapısı üzərinə təhdidedici “siz də oturun oturduğunuz yerdə” ifadələri yazılan, üzərində boş kəllə skeleti nişanəsi olan pankart asıblar.

Qassan Müəllimə bildirilib ki, bu şəxslərin Türkiyə səfirliyinin ofisinin qapısına qədər yaxınlaşmaları hər şeydən əvvəl səfirliyin əməkdaşlarının təhlükəsizliyini risk altında qoyur. Ona görə də Türkiyənin Beyrutdakı səfirlik əməkdaşları başda olmaqla Livandakı bütün türklərin təhlükəsizliyinin təminatı tələb edilib.

Təxribatçıların Livan prezidentinin partiyası olan Azad Vətənsevərlər hərəkatının nəzdində olan "Omega" qrupunun üzvləri olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR