Türkiyədə məhkəmə sabiq deputatın həbsdən azad edilməsinə qərar verib

Türkiyədə məhkəmə sabiq deputatın həbsdən azad edilməsinə qərar verib
# 04 oktyabr 2019 16:42 (UTC +04:00)

Türkiyənin Xalqların Demokrat Partiyasının məsul şəxsi, sabiq millət vəkili Sırrı Sürəyya Öndərin həbsdən buraxılması barədə qərar qəbul edilib.

APA-nın xəbərinə görə, İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsi Konstitusiya Məhkəməsinin fikir azadlığının pozulduğuna dair qərarını nəzərə alaraq, sabiq deputatın azadlığa çıxması ilə bağlı qərar verib.

Qeyd edək ki, 2018-ci ildə terror təşkilatını təbliğ etməkdə təqsirli bilinərək, 3,6 müddətinə həbs cəzasına məhkum olunmuş S. S. Öndər hüquqlarının pozulmasını əsas gətirərək, Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Konstitusiya Məhkəməsi onun şikayətini təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR