Üç Avropa ölkəsi nüvə sazişi pozuntularına görə İrana xəbərdarlıq edib

Üç Avropa ölkəsi nüvə sazişi pozuntularına görə İrana xəbərdarlıq edib
  • Clock-gray 04:20
  • calendar-gray 29 Sentyabr 2019


BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın uranın zənginləşdirilməsi üçün qadağan edilmiş texnologiyadan istiafə etdiyini deyib.

Fransa, Britaniya və Almaniya İrana xəbərdarlıq ediblər ki, əgər Tehran 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərini pozmağa davam edərsə, saziş ləğv oluna bilər.

APA BBC-yə istinadla xəbər verir ki, Avropa İttifaqını (Aİ) təmsil edən üç ölkə bildirib ki, İran sazişin şərtlərini pozmağa davam edərsə, onlar mübahisə mexanizmindən istifadə edəcəklər.

Əgər mübahisə mexanizmindən istifadə edilərsə, nüvə sazişi ləğv oluna bilər və BMT İrana qarşı sanksiyaları yenidən tətbiq edə bilər. BMT bunu etdiyi halda, təşkilata üzv olan bütun ölkələr sanksiyalara riayət etməli olacaqlar.

Avropa ölkələrinin xəbərdarlığı İran nazirlərinə BMT Baş Məclisi ətrafında keçirilən görüşdə çatdırılıb. 

Qeyd edək ki, müvafiq sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date