Vladimir Zelenski Rusiyanın AŞPA-da səlahiyyətlərinin bərpa olunmasına münasibət bildirib

Vladimir Zelenski Rusiyanın AŞPA-da səlahiyyətlərinin bərpa olunmasına münasibət bildirib
# 27 iyun 2019 20:26 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətlərinin tam bərpa olunmasına münasibət bildirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Vladimir Zelenski bu barədə mətbuat konfransında danışıb.

“Mən Brüsseldə, Parisdə və Berlində olarkən Fransa prezidenti Makronla, Almaniya kansleri Merkellə və digər rəsmilərlə görüşlər keçirdim və bu görüşlərdə Rusiyanın AŞPA-ya qayıtması məsələsini qaldırdım. Onlar mənə bildirdilər ki, AŞPA müzakirələr üçün bir platformadır" , deyə o bildirib.

"Bu qərar mən prezident seçilməzdən xeyli öncə verilib. Mən hər şey etdim lakin gec idi", - deyə Zelenski əlavə edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR