Almaniya XİN: Hərbi təzminatın ödənilməsi üçün heç bir əsas yoxdur

Almaniya XİN: Hərbi təzminatın ödənilməsi üçün heç bir əsas yoxdur
# 05 iyun 2019 14:41 (UTC +04:00)

“Hərbi təzminatlar məsələsi Almaniya tərəfindən hüquqi və siyasi nöqteyi nəzərdən bağlanıb”.

APA-nın xəbərinə görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Rayner Broyl Yunanıstanın təzminat tələbi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Məlumata görə, bundan öncə Yunanıstan Almaniya Xarici İşlər Nazirliyinə I və II Dünya müharibələrində dəymiş ziyanla bağlı Yunanıstana hərbi təzminatın ödənilməsi ilə bağlı nota verib.

Yunanıstan Almaniyadan 320 milyard avro məbləğində təzminat tələb edib.

Qeyd edək ki, may ayında Polşa parlamentinin hərbi təzminatlar məsələsi üzrə qrupunun rəhbəri Arkadiuş Mularçik bəyan edib ki, Almaniyanın İkinci Dünya müharibəsi zamanı Polşaya vurduğu ziyan bir trilyon dollardan çoxdur. Polşa prezidenti Adnjey Duda da bildirib ki, təzminat məsələsi hələ də açıqdır.

Rəsmi Berlin isə dəfələrlə bəyan edib ki, hazırda təzminatların ödənilməsi üçün heç bir əsas yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR