Stoltenberq: "NATO-nun Çinin yüksəlişinə diqqət ayırması vacibdir"

Stoltenberq: "NATO-nun Çinin yüksəlişinə diqqət ayırması vacibdir"
  • Clock-gray 15:01
  • calendar-gray 07 Avqust 2019

“Pekin dünyadakı gücünü, təsir dairəsini genişləndirdiyindən NATO-nun Çinin yüksəlişinin təsirlərinə diqqət ayırması vacibdir”.

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Reuters”ə müsahibəsində deyib.

“Bu məsələyə diqqət ayırmağımız Çinin bizə doğru daha da yaxınlaşmasına bir növ cavab verməkdir. Avropada vacib infrastruktur sahələrinə böyük sərmayələrin qoyulması, Arktika, Afrika regionunda möhkəmlənməsi, kiber aləmdə öz varlığını daha da gücləndirməsi - bütün bunlar Çinin təsir dairəsini artırır, buna isə bizim tərəfimizdən diqqət yetirilməsi vacibdir. Bu səbəbdən biz yalnız regiondakı tərəfdaşlarımız olan Avstraliya və Yeni Zelandiya ilə deyil, həmçinin Yaponiya və Cənubi Koreya ilə yaxından əməkdaşlıq edirik”, - Y. Stoltenberq qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date