Macarıstanın baş naziri: ““Nabucco” kəməri ilə yalnız Azərbaycan qazının ixracı layihənin səmərəliliyi üçün kifayət etməyəcək”

Macarıstanın baş naziri: ““Nabucco” kəməri ilə yalnız Azərbaycan qazının ixracı layihənin səmərəliliyi üçün kifayət etməyəcək”
# 23 yanvar 2009 15:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Budapeştdə gələn həftə keçiriləcək konfransın əsas məqsədlərindən biri “Nabucco” layihəsi üçün maliyyə vəsaiti tapmaqdır”. APA-nın məlumatına görə, bu fikirləri Macarıstanın baş naziri Ferenç Dyurçan söyləyib. O bildirib ki, “Nabucco” kəmərinin çəkilməsində maraqlı olan dövlətlər bu layihənin gerçəkləşməsi üçün əlindən gələni etməlidir. “Bu, sadəcə biznes-layihə deyil, həm də Avropanın enerji təhlükəsizliyi məsələsidir. Budapeştdə həmçinin “Nabucco” kəmərinin təchizatçısının da kim olacağı məsələsi müzakirə olunacaq. Azərbaycan hələlik bu məsələyə razılıq verməyib, İranın layihədə iştirakı regional və geosiyasi səbəblərə görə şübhəlidir, Türkmənistanın isə öz qazını başqa kəmərlərlə ixrac etmək barədə öhdəlikləri var. “Nabucco” kəməri ilə yalnız Azərbaycan qazının ixracı layihənin səmərəliliyi üçün kifayət etməyəcək. Biz bu regionda özümüzə əlavə tərəfdaşlar tapmalıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR