Türkiyədə qar uçqunu baş verib, 10 nəfər həlak olub, 5 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb

Türkiyədə qar uçqunu baş verib, 10 nəfər həlak olub, 5 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb
# 25 yanvar 2009 13:04 (UTC +04:00)
Hadisə Bakı vaxtı ilə saat 13.00 radələrində baş verib. Bir neçə saatlıq axtarış-xilasetmə tədbirləri nəticəsində 10 alpinist ölü, 4-5 alpinist isə yaralı vəziyyətdə qar uçqunu altından çıxarılıb.

Daha 2 və ya 3 nəfərin qar altında qaldığı ehtimal edilir. Əraziyə Trabzon və Gümüşhanedən xilasedicilər, həkimlər, eləcə də sadə vətəndaşlar gəlib. Xilasetmə tədbirləri hazırda davam etdirilir.

Şahidlərin sözlərinə görə, uçqundan əvvəl ərazidə iki dəfə atəş səsi eşidilib. Bundan sonra 1 km ərzidə qar uçqunu baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR