Luis Mariya de Puç Rusiya nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququndan məhrum ediləcəyi barədə məlumatları təkzib edib

Luis Mariya de Puç Rusiya nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququndan məhrum ediləcəyi barədə məlumatları təkzib edib
# 26 yanvar 2009 13:45 (UTC +04:00)
Strasburq. Aleksandr Kin-APA. Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç Gürcüstanda baş verən avqust hadisələri ilə əlaqədar Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbilə bu ölkənin nümayəndə heyətinin səsvermə hüququndan məhrum ediləcəyi barədə məlumatları təkzib edib. APA-nın məlumatına görə, AŞ PA prezidenti bildirib ki, bununla bağlı gündəmdə heç bir təklif və ya təşəbbüs yoxdur. Luis Mariya de Puç həmçinin Moskvada keçirilən görüş zamanı Abxaziya təmsilçilərinin AŞ PA-da nümayəndəlik açılması təklifini irəli sürdüklərini də təkzib edib. Bununla belə AŞ PA prezidenti perspektivdə belə bir niyyətin gerçəkləşməsinin mümkünlüyünü inkar etməyib: “Onlar məndən belə bir xahiş etməyiblər. Bəlkə bu sonra ola bilər, amma indi bu barədə söhbət belə gedə bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR