Türkiyə baş nazirinin vertolyotu əlverişsiz hava şəraiti ucbatından yerə enə bilməyib
24 fevral 2009 12:04 (UTC +04:00)
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın vertolyotu əlverişsiz hava şəraiti ucbatından Yozqat şəhərinə enə bilməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti seçki mitinqinə qatılmaq üçün bu gün Ankaradan Yozqata yola düşən R. T. Ərdoğanın vertolyotu güclü qar yağması və görüntü səviyyəsinin azalması ilə bağlı qonşu Çorum şəhərində jandarmaya məxsus vertolyot meydançasına enməyə məcbur olub. Baş nazir buradan avtomobillə Yozqata gedib.
Avropa
Finlandiya prezidenti: Ukraynada sülhə gedən yol yalnız döyüş meydanından keçir
21:57
10 may 2024
Kanada Ukraynaya HHM vasitələrinin alınması təşəbbüsünə 56 milyon dollar sərf edəcək
20:47
10 may 2024
Rusiya Xarkovu atəşə tutub, ölən və yaralananlar var
16:52
10 may 2024
Ukraynada 20 minə qədər məhkum orduya cəlb edilə bilər
13:12
10 may 2024