ABŞ dövlət katibi Hillari Klintonun Türkiyəyə rəsmi səfəri başlayıb

ABŞ dövlət katibi Hillari Klintonun Türkiyəyə rəsmi səfəri başlayıb
# 07 mart 2009 07:53 (UTC +04:00)
Qeyd edək ki, bu səfər Barak Obama administrasiyası fəaliyyətə başladıqdan sonra Birləşmiş Ştatlardan Türkiyəyə edilən ilk yüksək səviyyəli səfərdir. Hillari Klinton Türkiyədə aparacağı danışıqlarda regional məsələləri, ABŞ qoşunlarının İraqdan çıxarılması, hərbi qüvvələrin hansı ölkə ərazisindən geri çıxarılacağı məsələsini müzakirə edəcək. Qeyd edək ki, İraq müharibəsi zamanı Türkiyə ABŞ qoşunlarının İraq öz ərazisindən keçməklə daxil olmasına icazə verməmişdi. Hillari Klinton Türkiyədə həmçinin Əfqanıstanda antiterror koalisiyasının tərkibinin genişləndirilməsi, İsrail-Fələstin problemi, Yaxın Şərqdə vəziyyətlə bağlı müzakirələr aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR