Landsberqis və Brazauskas Litvada prezident seçkilərində iştirakdan imtina ediblər

Landsberqis və Brazauskas Litvada prezident seçkilərində iştirakdan imtina ediblər
# 07 mart 2009 08:45 (UTC +04:00)
Vilnüs-APA. Litvanın sabiq dövlət başçıları Vitautas Landsberqis və Alqirdas Brazauskas mayda keçiriləcək prezident seçkilərində namizədliklərini irəli sürməyəcəklər. APA-nın məlumatına görə, Avropa Parlamentinin üzvü olan Landsberqis onun namizədliyini irəli sürməyə hazırlaşan Vətən İttifaqı – Litva Xristian Demkratları birliyinə göndərdiyi məktubda bildirib ki, namizəd olmağı o qədər də vacib saymır. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq ittifaq üzvlərinin 1/3 hissəsi Landsberqisin namizədliyini dəstəkləyib. Alqirdas Brazauskas isə qərarını Sosial-Demkrat Partiyasının toplantısında açıqlayıb. Bu qərardan sonra partiya prezidentliyə namizəd olaraq öz sədrini irəli sürmək qərarına gəlib. Partiyaya yeni sədr seçkiləri bu gün keçiriləcək. Qeyd edək ki, artıq Litvada altı siyasətçi prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb. Prezidentliyə namizəd olmaq istəyənlər aprelin 2-nə kimi 20 min seçici imzasını MSK-ya təqdim eləməlidir. Namizədlərin yekun siyahısı aprelin 17-də təsdiqlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR