İtaliyadakı zəlzələdə ölənlərin sayı 207-yə çatıb

İtaliyadakı zəlzələdə ölənlərin sayı 207-yə çatıb
# 07 aprel 2009 14:17 (UTC +04:00)
Roma – APA. İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 207-yə çatıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu rəqəmi İtaliyanın baş naziri Silvio Berluskoni açıqlayıb. O, təxminən 100 yaralının vəziyyətinin ağır olduğunu, 15 nəfərin itkin düşdüyünü deyib. Ölənlərdən 17-nin şəxsiyyəti müəyyənləşdirilməyib. S. Berluskoni xilasetmə işlərinin daha 48 saat davam etdiriləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR