Türkiyə polisi PKK tərəfdarlarına qarşı əməliyyata başlayıb, 70 nəfər həbs edilib

Türkiyə polisi PKK tərəfdarlarına qarşı əməliyyata başlayıb, 70 nəfər həbs edilib
# 14 aprel 2009 09:26 (UTC +04:00)
Diyarbəkir – APA. Türkiyə polisi kürd separatçılarına qarşı əməliyyata başlayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bu gün səhərə yaxın yerli vaxtla saat 04.00-da Ankara, Aydın, Adana, Elazığ, Diyarbəkir, Batman, Mardin şəhərlərində - ümumilikdə 13 bölgədə 90 ünvana qarşı polis əməliyyatına start verilib. Əməliyyatlarda PKK terror təşkilatının siyasi qolu olan Demokratik Toplum Partiyasının (DTP) sədr müavinləri Kamran Yüksək, Bayram Altun və Səlma İrmak, partiyanın bəzi fəalları və PKK lideri Abdulla Öcalanın keçmiş vəkili Səracəddin İrmak həbs edilib. Həbs olunanların sayının təxminən 70 nəfər olduğu bildirilir. Diyarbəkirdə polis 27 ünvanda, o cümlədən “Gün TV” adlı televiziya kanalında əməliyyat keçirib. Həmin ünvanlardakı kompüterlər və sənədlər müsadirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR