“Taliban” NATO-nun yeni baş katibini müsəlmanların əsas düşməni elan edib
16 aprel 2009 16:51 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın “Taliban” hərəkatı NATO-nun yeni baş katibi Anders Foq Rasmusseni müsəlmanların əsas düşməni elan edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, islamçı saytların birində yerləşdirilən yazıda bildirilir ki, A. F. Rasmussenin təyinatı taliblərin NATO-ya qarşı mübarizə əzmini gücləndirəcək və Əfqanıstanda hərbi toqquşmaların intensivləşməsinə gətirib çıxaracaq.
Xatırladaq ki, A. F. Rasmussen Danimarkanın baş naziri olarkən bu ölkə mətbuatında Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar dərc edilmişdi. Hazırda Əfqanıstanda 56 min nəfərlik NATO hərbi kontingenti var.

Avropa
Polşa XİN Prezident Dudanı bəyanatına görə tənqid edib
02:47
27 aprel 2024
Belçika ilin sonuna qədər Ukraynaya F-16 təyyarələri və hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırır
01:55
27 aprel 2024
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:46
26 aprel 2024
Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək
23:26
26 aprel 2024