Yunanıstan parlamenti yeni hökumətə etimad göstərib

Bakı-APA. Yunanıstan parlamenti ölkənin koaliyson hökumətinə etimad göstərib. Frans-Press agentliyinin məlumatına görə, səsvermə zamanı deputatların əksəriyyəti Lukas Papadimosun kabinetinə dəstək veriblər.
Yeni hökumətə iqtidarda olan sosialist PASOK partiyasından başqa, sağ-mərkəzçi «Yeni demokratiya» və millətçi «Xalq pravoslav çağırışı» partiyalarının da nümayəndələri daxil olublar.
Yeni hökumətə iqtidarda olan sosialist PASOK partiyasından başqa, sağ-mərkəzçi «Yeni demokratiya» və millətçi «Xalq pravoslav çağırışı» partiyalarının da nümayəndələri daxil olublar.