Gürcüstan paytaxtında 45 nəfər turizm operatoruna və jurnalistə tur keçiriləcək

Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 27-dək Gürcüstan milli turizm agentliyinin təşəbbüsü ilə Latviya, Ukrayna, Azərbaycan və Qazaxıstan ölkələrindən gələn 45 nəfər turizm operatoruna və jurnalistlərə mətbuat konfransı və tanışlıq turu keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir çərçivəsində iştirakçılar Tiflisin, Msxetanın, Uplistsixenin tarixi hissələrinə baxacaq və sonra Bakuriani və Qudauriyə səfər edəcəklər.
Sabah qonaqlarla Gürcüstanın turizm agentliyinin sədri Maya Sidamonidze görüşərək, onlara ölkənin turizm potensiyalı barədə ətraflı məlumat verəcək. Tədbir iştirakçıları eyni zamanda gürcü həmkarları ilə söhbət edəcək, təqdimatları dinləyəcəklər.
Məlumata görə, keçiriləcək turun məqsədi Gürcüstanın turizm potensiyalını, xüsusilə qış xizək kurortlarını populyarlaşdırmaqdır. Tədbirdə iştirak edən ölkələrdən Gürcüstanın qış kurortlarına daha çox maraq var.

Avropa

Arestoviç: “Lisiçanskın tutulması rusların bu müharibədə sonuncu böyük uğurudur”

NATO Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı danışıqları yekunlaşdırıb

Aİ müharibə başlayandan Ukraynaya 6,2 mlrd. avro maliyyə dəstəyi ayırıb