Bidzina İvanişvili ilk xarici səfərini hansı ölkəyə edəcəyini açıqlayıb

Bidzina İvanişvili ilk xarici səfərini hansı ölkəyə edəcəyini açıqlayıb
# 03 oktyabr 2012 14:42 (UTC +04:00)
Bakı – APA. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş “Gürcü Arzusu” siyasi koalisiyasının lideri Bidzina İvanişvili ilk xarici səfərini ABŞ-a edəcək. APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi xəbərə görə, B. İvanişvili bunu koalisiyanın müşavirəsindən sonra jurnalistlərə açıqlamasında deyib. O, ABŞ-ın Gürcüstandakı səfiri ilə görüşündə rəsmi dəvət aldığını və səfərin ABŞ-dakı prezident seçkilərindən sonra gerçəkləşəcəyini bildirib.

B. İvanişvili Rusiyadan heç kimin onu təbrik etmədiyini və bu ölkəyə səfərdən hələlik söhbət getmədiyini vurğulayıb: “Mənim ilk səfərim strateji tərəfdaşımız Vaşinqtona olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR