ABŞ dövlət katibinin müavini Ukraynaya gedib

ABŞ dövlət katibinin müavini Ukraynaya gedib
# 17 yanvar 2023 02:12 (UTC +04:00)

ABŞ dövlət katibinin müavini Vendi Şerman Ukraynaya səfər edib. Səfər çərçivəsində diplomat Ukraynanın Baş naziri Denis Şmıqal və Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşüb.

APA-nın məlumatına görə, bu barədə Denis Şmıqal özünün “Telegram” kanalında məlumat verib.

“Bu gün ABŞ dövlət katibinin müavini Vendi Şermanın başçılıq etdiyi yüksək rütbəli ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti ilə Rusiyanın təcavüzünə bağlı əsas problemləri müzakirə etdik”, - Şmıqal yazıb.

Onun sözlərinə görə, Ukrayna rəsmiləri Amerika nümayəndə heyətinə cəbhədəki vəziyyət və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR