Kipr Respublikasının Prezidenti Nikos Anastasiades ABŞ Dövlət Departamentinin ABŞ-ın Kiprə qarşı 1987-ci ildə tətbiq etdiyi silah embarqosunu tamamilə ləğv edəcəyi barədə açıqlamasını alqışlayıb.
APA xəbər verir ki, bu barədə Anastadiades "Twitter"də bildirib.
"Bu, təhlükəsizlik sahəsi də daxil olmaqla, iki ölkə arasında inkişaf edən strateji əlaqələri əks etdirən əlamətdar qərardır", o deyib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken sentyabrın 16-sı axşam saatlarında qərarı açıqlayıb.
Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Kipr Respublikası 2023-cü maliyyə ili üçün ölkəyə ixrac, təkrar ixrac və müdafiə materiallarının təhvil verilməsinin təsdiqlənməsi üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirib və ABŞ Konqresi də bunu təsdiqləyib.
Bəyanatda qeyd olunub ki, şərtlərə uyğunluq illik əsasda qiymətləndirilir.
Türkiyə tərəfi isə bu qərarı qətiyyətlə pisləyib və bununla bağlı Türkiyə XİN açıqlama yayıb.
XİN bildirib ki, bu qərar "Kıbrıs Rum tərəfinin barışmazlığını daha da gücləndirəcək və Kipr probleminin həlli səylərinə mənfi təsir edəcək".
"Bu, adada silahlanma yarışına gətirib çıxaracaq, Aralıq dənizinin şərqində sülh və sabitliyə zərər verəcək”, - Türkiyə XİN-in bəyanatında qeyd olunub. Türkiyə XİN ABŞ-ı qərarını yenidən nəzərdən keçirməyə və adada iki tərəfə qarşı balanslaşdırılmış siyasət yürütməyə çağırıb.
ABŞ Kiprə qarşı silah embarqosunu ləğv edib, Türkiyə qərarı pisləyib
17 sentyabr 2022 12:07 (UTC +04:00)
Avropa
Rusiya XİN ABŞ-nin nüvə silahı ilə bağlı Polşaya xəbərdarlıq edib
03:46
26 aprel 2024
Fransa Yunanıstandan hava hücumundan müdafiə sistemi istəyib
01:50
26 aprel 2024
Danimarka Ukraynaya hərbi yardımını 630,5 milyon dollar artıracaq
01:25
26 aprel 2024
Yunanıstan Ukraynaya S-300 göndərməyəcəyini bəyan edib
23:36
25 aprel 2024