ABŞ KİV-i: Ukraynanın əks-hücumunun aktiv mərhələsi başlayıb

ABŞ KİV-i: Ukraynanın əks-hücumunun aktiv mərhələsi başlayıb
# 08 iyun 2023 18:44 (UTC +04:00)

Ukrayna bu gün Rusiyaya qarşı çoxdandır gözlənilən əks-hücumuna başlayıb.

APA xəbər verir ki, bu barədə “ABC News”a Ukrayna rəsmiləri bildiriblər.

Qeyd olunub ki, biri Ukrayna Prezidenti Vladimir Zelenskiyə yaxın olan iki mənbə Ukraynanın əks-hücumunun aktiv mərhələsinin başladığını təsdiqləyib.

Bildirilib ki, əks-hücumun başlaması ilə bağlı daha əvvəl də xəbərlər yayılıb. Belə ki, bazar ertəsi Müharibə Araşdırmaları İnstitutunun (ISW) Tvitter paylaşımında Rusiya və Ukrayna rəsmilərinin Kiyevin əks-hücumunun başlaması siqnalı verdiklərini bildirilib. Lakin, bu gün son saatlarda əsas döyüşlərin ölkənin cənub-şərqində, Zaporojye şəhərinin cənubunda getməsinə dair xəbərlər yayılır.

Qeyd olunub ki, cənub-şərq istiqamətində gedən döyüşlər getdikcə daha da aktivləşir və hücumlara Ukrayna tərəfindən müasir “Leopard 2” tankları da cəlb edilib. Bu gün səhər “Vagner” muzdlularının rəhbəri Yevgeni Priqojin də qeyd edib ki, hazırda cəbhədə baş verənlər hücumun başlamasının siqnalıdır və ukraynalılar öz səylərini intensivləşdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR