ABŞ Prezidentinin müşaviri Kiyevdə Zelenski ilə görüşüb

ABŞ Prezidentinin müşaviri Kiyevdə Zelenski ilə görüşüb
# 04 noyabr 2022 23:44 (UTC +04:00)

ABŞ Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Aleksey Reznikovla görüşüb.

APA xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Sallivan iqtisadi və humanitar yardımın davam etdiriləcəyini təsdiqləyib.

Daha əvvəl “Bloomberg” mənbələrə istinadən xəbər vermişdi ki, Sallivan noyabrın 4-də Kiyevə elan olunmamış səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR