Aİ komissarı və İsveçin ticarət naziri Türkiyəyə gedir

Aİ komissarı və İsveçin ticarət naziri Türkiyəyə gedir
# 22 fevral 2023 10:33 (UTC +04:00)

Avropa İttifaqının Qonşuluq və Genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi və Avropa İttifaqı Şurasına sədrlik edən İsveçin Beynəlxalq İnkişaf və Xarici Ticarət naziri Yohan Forssell Türkiyəyə səfər edəcək.

APA İsveç hökumət kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsmilər bu gün Ankaraya gedəcək.

İsveçin Beynəlxalq İnkişaf və Xarici Ticarət naziri səfər öncəsi bildirib ki, onun ölkəsi Türkiyədə baş verən zəlzələlərdən zərər çəkmiş xalqla həmrəydir. “Ehtiyaclar və yardım səyləri haqqında türk həmkarlarım ilə danışıqları səbirsizliklə gözləyirəm”, - o deyib. İsveçli nazir əlavə edib ki, onun ölkəsi ilkin mərhələdə yardım göstərmək üçün artıq səylər göstərib və sonrakı müddətdə də Türkiyənin yanında olmağa davam edəcək.

Danışıqlarda Türkiyənin humanitar ehtiyacları ilə yanaşı, Aİ-nin Türkiyəyə uzunmüddətli perspektivdə necə dəstək verə biləcəyi müzakirə olunacaq. İsveç Aİ Şurasının sədri kimi, Avropa Komissiyası ilə birlikdə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə mart ayında donor konfransı keçirmək təşəbbüsü ilə çıxış edib. Konfransın planlaşdırılması Türkiyə ilə dialoq əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR